DünyaHadisə

Rekord istilər səbəbindən meyitxanalarda yer tapılmadı

Bugun.tv xəbər verir ki, Fransada iyun ayının sonunda müşahidə olunan rekord istilər ölkənin dəfn xidmətləri və meyitxanalarında ciddi çətinliklər yaradıb. Ölüm hallarının kəskin artması səbəbindən bəzi dəfn müəssisələri əlavə soyuducu konteynerlərdən istifadə etməyə məcbur qalıb.

Reuters-in məlumatına görə, istilər zamanı bəzi bölgələrdə ölüm halları adi dövrlə müqayisədə üç dəfəyədək artıb. Paris və digər şəhərlərdə meyitxanalarda yer çatışmazlığı yarandığından cənazələrin müvəqqəti saxlanılması üçün əlavə soyuducu avadanlıqlar quraşdırılıb.

Fransa Səhiyyə Agentliyinin ilkin hesablamalarına əsasən, rekord istilər nəticəsində ölkədə azı 2 025 əlavə ölüm qeydə alınıb. Ölənlərin böyük əksəriyyətini 65 yaşdan yuxarı şəxslər təşkil edib. Mütəxəssislər bildirirlər ki, yekun statistika açıqlanandan sonra bu rəqəmin daha da arta biləcəyi istisna olunmur.

Ekspertlər hesab edirlər ki, Fransada əhalinin yaşlanması, iqlim dəyişikliyi və həddindən artıq isti hava dalğalarının tezləşməsi səhiyyə və dəfn xidmətləri üzərində təzyiqi artırır. Onların fikrincə, gələcəkdə belə hadisələrin qarşısını almaq üçün ölkənin infrastrukturunun daha isti iqlim şəraitinə uyğunlaşdırılması vacibdir.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Bill Klinton: Müsəlmanların sırf dinlərinə görə alçaldılmasından bezmişəm

Aynur Camal

Barclays ilin sonunadək 5 min əməkdaşını işdən çıxaracaq

Aynur Camal

Vyetnam BRICS ölkələri ilə elm və ali təhsil sahəsində əməkdaşlığı genişləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu