Image default
Digər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Bugun.tv xəbər verir ki, Avropa İttifaqının (Aİ) qüvvələri Aralıq dənizində Kamerun bayrağı altında üzən MV South Star adlı neft tankerinə saxta bayraq altında fəaliyyət göstərmək şübhəsi ilə baxış keçiriblər.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, gəmi 20 iyul tarixində Aİ-nin IRINI əməliyyatı çərçivəsində bayraq yoxlanışı məqsədilə saxlanılıb. Onun sözlərinə görə, bu addım Rusiyanın “kölgə donanması” adlandırılan gəmilərinə qarşı təzyiqi artırmağa xidmət edir.

Kallas gəminin yoxlamadan sonra buraxılıb-buraxılmadığı barədə məlumat verməyib. O, həmçinin qeyd edib ki, Aİ Somali sahillərində piratçılığa qarşı fəaliyyət göstərən ATALANTA əməliyyatına da qara siyahıya salınmış gəmilər üzrə bayraq yoxlamaları aparmaq səlahiyyəti verib.

Rusiya isə bu yanaşmanı qəbul etmir. Rusiya Prezidentinin köməkçisi və Dənizçilik Şurasının sədri Nikolay Patruşev daha əvvəl bildirmişdi ki, Aİ ölkələri “kölgə donanması” anlayışından Rusiya ilə əlaqəli ticarət gəmilərinə qarşı təzyiq göstərmək və dəniz daşımalarını çətinləşdirmək üçün istifadə edir.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Milyonlarla arının kütləvi ölümü araşdırılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu