Rusiyanın ən böyük onlayn ticarət platforması Wildberries Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi son hücumlardan sonra daha bir logistika anbarının fəaliyyətini dayandırdığını açıqlayıb. Bu, son günlər şirkətin fəaliyyətini dayandıran dördüncü anbarıdır.
Şirkətin məlumatına görə, Voronej vilayətində yerləşən anbar gecə saatlarında baş verən PUA hücumundan sonra təhlükəsizlik məqsədilə bağlanıb. Wildberries obyektin fəaliyyətinin bərpası üçün işlərin davam etdiyini, müştərilərdən isə gecikmələrə görə anlayış göstərmələrini xahiş edib.
Ukrayna tərəfi hücuma məruz qalan logistika mərkəzlərinin Rusiyanın hərbi təchizat zəncirinə xidmət etdiyini iddia edir. Kreml isə bu ittihamları rədd edərək Wildberries-in yalnız mülki ticarət fəaliyyəti göstərdiyini bildirib.
Məlumata görə, son hücumlar nəticəsində Wildberries-in ümumi logistika gücünün təxminən 10 faizi sıradan çıxıb. Şirkət və platformada fəaliyyət göstərən minlərlə kiçik sahibkarın ciddi maliyyə itkiləri ilə üzləşdiyi bildirilir.
Mənbə: Reuters

