Image default
Maraqlı faktlar

Kosmosda misli görünməmiş kəşf

Astronomlar Günəş sistemindən kənarda indiyədək müşahidə olunmayan xüsusiyyətlərə malik qeyri-adi səma cismini aşkar ediblər. Nature jurnalında dərc olunan araşdırmaya əsasən, kəşf Çilidə yerləşən Avropa Cənub Rəsədxanasının Çox Böyük Teleskopu (VLT) vasitəsilə CD-35 2722 sistemində həyata keçirilib.

Tədqiqatçılar müəyyən ediblər ki, bu səma cismi nə bir ulduzun, nə də bir planetin ətrafında fırlanır. O, Günəşdən kənarda yerləşən və qəhvəyi cırtdan adlanan cismin orbitində hərəkət edir. Alimlər onu hələlik “ekzouydu” (exomoon) adlandırırlar.

Araşdırmanın müəlliflərindən Kevin Hoy bildirib ki, bu cisim planet hesab ediləcək qədər böyükdür, lakin birbaşa ulduzun ətrafında deyil, başqa bir cismin orbitində dövr edir. Onun sözlərinə görə, buna görə də onu peyk adlandırmaq istəsələr də, bu obyekt Günəş sistemindəki qayalı peyklərə bənzəmir.

Astrofizik Alice Zurlo isə qeyd edib ki, Günəş sistemində ulduz, planet və peyk anlayışları dəqiq fərqlənsə də, bu sistemdə həmin sərhədlər bir-birinə qarışır.

Astronomlar indiyədək 6 mindən çox ekzoplanet aşkar etsələr də, Günəş sistemindən kənarda mövcudluğu qəti şəkildə təsdiqlənmiş heç bir peyk müəyyən edilməyib. Əgər bu kəşf təsdiqlənərsə, o, tarixdə Günəş sistemindən kənarda aşkar edilən ilk peyk kimi qeydə alınacaq.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Yuxuda qəfil yıxılma hissi niyə yaranır? – Somnoloq və psixoloq səbəbləri açıqladı

Aynur Camal

Araşdırma: Samanyolu qalaktikası keçmişdə tamamilə yan yatmış ola bilər

Aynur Camal

İlk fotoşəkil necə yaranıb? – Tarixi dəyişən ixtiranın maraqlı hekayəsi – Araşdırma

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu