Texnologiya

“Nəzarətdən çıxan süni intellekt ABŞ-ı qarışdırdı: Dayandırma düyməsinə basın”

ABŞ Konqresində süni intellekt sistemlərinin nəzarətdən çıxması halında onların fəaliyyətini operativ şəkildə dayandırmaq üçün federal hökumətə səlahiyyət verilməsini nəzərdə tutan yeni qanun layihəsi təqdim edilib.

Məlumata görə, Demokrat Partiyasından konqresmen Ted Lieu və Respublikaçılar Partiyasından Nathaniel Moran tərəfindən irəli sürülən “AI Kill Switch Act” (Süni İntellektin Təcili Dayandırılması Qanunu) layihəsi, təhlükə yaradan süni intellekt modellərinin sürətlə dayandırılması üçün hüquqi mexanizm yaratmağı hədəfləyir.

Qanun təşəbbüsü OpenAI şirkətinin bəzi süni intellekt modellərinin proqram kodlarının saxlandığı böyük məlumat deposuna nəzarətsiz şəkildə daxil olması barədə məlumat verməsindən sonra gündəmə gətirilib.

Layihəyə əsasən, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə zəruri hallarda özəl şirkətlərə süni intellekt sistemlərini yavaşlatmaq, müvəqqəti dayandırmaq və ya tamamilə söndürmək göstərişi vermək səlahiyyəti veriləcək. Bundan əlavə, süni intellekt hazırlayan şirkətlər belə hallarda sistemlərini təhlükəsiz şəkildə dayandıra biləcək texniki imkan yaratmağa və ciddi nasazlıqları hökumətə bildirməyə borclu olacaqlar.

Konqresmen Ted Lieu bildirib ki, süni intellekt artıq yalnız suallara cavab verən texnologiya deyil, maliyyə əməliyyatları, nəqliyyat və kibertəhlükəsizlik kimi kritik sahələrdə qərarlar qəbul edə bilir. Onun sözlərinə görə, bu səbəbdən fövqəladə hallarda sistemləri dayandırmaq üçün hüquqi və texniki mexanizmlərin yaradılması vacibdir.

Qanun layihəsi hazırda Konqresdə müzakirə mərhələsindədir.

Mənbə:  Reuters

Aynur Camal

Oxşar xəbərlər

Çin süni intellekt çipləri sahəsində Nvidia-ya ciddi rəqiblər yetişdirir

Aynur Camal

Ağıllı televizorlar nə izlədiyinizi müəyyənləşdirə bilir – izləməni necə söndürmək olar?

Aynur Camal

NVIDIA süni intellekt platforması Hugging Face-i 12,93 milyard dollara alır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu