Dünya

Çin raketinə buraxılışı zamanı ildırım düşdü

Bugun.tv xəbər verir ki, Çində “Çançjen-3B” daşıyıcı raketi kosmosa buraxılarkən gözlənilməz hadisə baş verib. Uçuşun 35-ci saniyəsində raketin baş örtüyünə ildırım düşməsinə baxmayaraq, missiya uğurla başa çatıb.

Hadisə iyulun 23-də Siçan kosmodromunda baş verib. Buraxılış zamanı bölgədə güclü yağış, aşağı buludluluq və ildırımlı hava şəraiti müşahidə olunurdu. Şahidlərin lentə aldığı görüntülərdə ildırımın raketin baş hissəsinə dəyərək gövdə boyunca və işləyən mühərriklərin alov axını ilə keçdiyi görünür.

Buna baxmayaraq, raket “Tyanlyan-2” rabitə peykini uğurla geostasionar keçid orbitinə çıxarıb. Bu peyklər Çinin pilotlu və yük kosmik gəmiləri, orbital stansiyaları və raket buraxılışları zamanı telemetriya və məlumat ötürülməsini təmin etmək üçün istifadə olunur.

Mütəxəssislər bildirirlər ki, müasir raketlərə ildırım zərbəsi ehtimalı əvvəlcədən nəzərə alınır. Buna görə də daşıyıcı raketlərin elektron sistemləri xüsusi mühafizə ilə təchiz edilir, həssas avadanlıqlar isə elektrik təsirlərindən qorunur.

Kosmonavtika tarixində buna bənzər hadisələr əvvəllər də qeydə alınıb. 1969-cu ildə Apollo 12 missiyası zamanı Saturn V raketinə iki dəfə ildırım düşsə də, uçuş davam etdirilmişdi. 2019-cu ildə isə Rusiyanın Soyuz-2.1b raketinə ildırım dəymiş, lakin bu da missiyanın icrasına mane olmamışdı.

Mənbə: Nauka Mail

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

İngiltərə İranın təhdidindən sonra: Ölkəmizi 24 saat müdafiə etməyə hazırıq

Aynur Camal

Proqram xətası: yüzlərlə ABŞ vətəndaşı olmayan şəxs səs verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu