Tədbirin məqsədi gənclərin dövlət qurumlarının fəaliyyəti, idarəetmə prinsipləri və dövlət qulluğunun əhəmiyyəti barədə məlumatlılığını artırmaq, onların ictimai fəallığını və dövlətçilik ənənələrinə bağlılığını gücləndirmək olub.
Mingəçevir Gənclər Evinin əməkdaşı Ləman Bəylərova çıxışında layihənin gənclərin şəxsi inkişafına, liderlik bacarıqlarının formalaşmasına və dövlət idarəçiliyi sahəsində praktik biliklər qazanmasına mühüm töhfə verdiyini vurğulayıb. O, gənclərin bu cür maarifləndirici layihələrdə fəal iştirakının onların gələcək uğurları üçün mühüm zəmin yaratdığını bildirib.
Yekunda xatirə şəkili çəkildi.
