Hadisə

Qatil balinalar dünyanın ən böyük balıqlarından birini parçalamağın yeni üsulunu nümayiş etdiriblər

Bugun.tv xəbər verir ki, alimlər qatil balinaların (orka) dünyanın ən böyük sümüklü balıqlarından biri olan itiquyruq ay balığını ovlayarkən indiyədək məlum olmayan qeyri-adi üsulundan istifadə etdiyini qeydə alıblar. Tədqiqatın nəticələri Frontiers in Ethology jurnalında dərc olunub.

Beneath the WavesOrcas Mexico təşkilatlarının tədqiqatçıları çəkdikləri görüntülərdə bir orkanın ovunu hərəkətsiz saxladığını, digərinin isə yüksək sürətlə ona çırpıldığını müəyyən ediblər. Güclü zərbə nəticəsində balığın cəsədi hissələrə ayrılıb.

İtiquyruq ay balığı uzunluğu 1,8 metrə, çəkisi isə 1,8 tondan çox ola bilən, dünyanın ən ağır sümüklü balıqlarından biridir. O, əsasən okeanın dərinliklərində yaşayır və yalnız bəzən dərisini parazitlərdən təmizləmək üçün suyun səthinə çıxır. Məhz həmin an orkaların hücumuna məruz qalır.

Alimlər bu davranışı iki dəfə müşahidə ediblər və hesab edirlər ki, bu üsul ovun parçalanmasını asanlaşdırır. Parçalanmış ət hissələrini əvvəlcə gənc orkalar yeyir, daha sonra isə böyüklər qalan hissələri qidalanmaq üçün istifadə edirlər.

Tədqiqatçılar ehtimal edirlər ki, bu davranış balalara ov etməyi öyrətmək məqsədi daşıya və ya sosial ünsiyyət forması ola bilər. Digər ehtimala görə isə bu, sadəcə oyun xarakteri daşıyan davranışdır. Alimlər dəqiq nəticəyə gəlmək üçün əlavə müşahidələrə ehtiyac olduğunu bildirirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Makron meşə yanğınları ilə mübarizə üçün Aİ-dən dəstək istədi

Aynur Camal

Meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildi

Aynur Camal

Meşə yanğınları genişləndi, minlərlə insan təxliyə olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu