Anak-Krakatau, İndoneziya vulkanı, vulkan püskürməsi, vulkan külü, Cakarta hava limanı, uçuşların ləğvi, təbii fəlakət, İndoneziya xəbərləri
DünyaHadisə

İndoneziyanı kül bürüdü: Anak-Krakatau vulkanı püskürdü

Bugun.tv xəbər verir ki, İndoneziyada Anak-Krakatau vulkanının püskürməsi ölkədə hava nəqliyyatına ciddi təsir göstərib. Pogoda Mail-ın Reuters-ə istinadla yaydığı məlumata görə, vulkandan yüksələn kül buludu səbəbindən ölkədə səkkiz hava limanı bağlanıb, 1500-dən çox uçuş ləğv edilib və təxminən 170 min sərnişin səfərlərini həyata keçirə bilməyib.

İndoneziyanın paytaxtındakı Soekarno-Hatta Beynəlxalq Hava Limanında uçuşlar tamamilə dayandırılıb. Nəticədə 964 reysə təsir göstərib. Bir sıra beynəlxalq aviaşirkətlər Cakartaya uçuşlarını və geridönüş reyslərini ləğv edib. Hava limanlarında çox sayda sərnişin gözləməli olub.

Məlumata görə, Anak-Krakatau sentyabrın 4-dən püskürür. Vulkanın kül sütunu Yava istiqamətində 6 kilometrə, Sumatra istiqamətində isə 15 kilometrə qədər yüksəlib. Kül sahilyanı ərazilərə də yayılıb. Bəzi sakinlərdə göz qıcıqlanması müşahidə olunub, məktəblərdə dərslər məsafədən təhsilə keçirilib.

Səlahiyyətli qurumlar əhaliyə maska və qoruyucu eynək taxmağı, zərurət olmadıqda küçəyə çıxmamağı tövsiyə edib. Gəmilərə isə kraterdən ən azı 3 kilometr məsafədə qalmaq tapşırılıb.

Mənbə: Pogoda Mail

Aynur Camal

Oxşar xəbərlər

Böyük Britaniya Ukraynaya qışa hazırlıq üçün 71 milyon dollar ayırdı

Aynur Camal

Ukrayna Rusiyada “Yandex”in məlumat mərkəzinə zərbə endirdi

Aynur Camal

Rusiyanın Ukraynaya hücumları nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu