Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin şəxsi heyətinin sayının artırılması barədə fərman imzalayıb.
Bugun.tv xəbər verir ki, sənədə əsasən, Rusiya ordusunun ümumi sayı 2 milyon 426 min 130 nəfər, o cümlədən 1 milyon 535 min hərbi qulluqçu olaraq müəyyən edilib.
Yeni qərarla Silahlı Qüvvələrin ümumi sayı 27 min nəfər, hərbi qulluqçuların sayı isə 25 min nəfər artırılıb.
Fərmanda qeyd olunur ki, dəyişikliklər 2026-cı il avqustun 1-dən qüvvəyə minəcək.
Sənədə əsasən, Rusiya Müdafiə Nazirliyinin mərkəzi aparatında çalışan əməkdaşların maksimum sayı 13 min 400 nəfər müəyyən edilib. Bu rəqəmə mühafizə və digər köməkçi heyət daxil deyil. Həmin əməkdaşlardan 4 min 930 nəfərinin dövlət qulluqçusu olması nəzərdə tutulur.
Yeni qərar Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının son illərdə mərhələli şəkildə artırılması siyasətinin davamı kimi qiymətləndirilib.
Mənbə: TASS
