North Korea fires around 10 ballistic missiles toward sea off east coast, Seoul says
Dünya

Şimali Koreya dənizə doğru 10-a yaxın ballistik raket buraxdı

Şimali Koreya şərq sahilləri yaxınlığında dənizə doğru təxminən 10 qısa mənzilli ballistik raket buraxıb. Hadisə Koreya yarımadasında gərginliyin artdığı bir vaxta təsadüf edib.

Bugun.Tv xəbər verir ki, bu barədə Reuters agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, raketlər oktyabrın 29-da yerli vaxtla saat 12:30 radələrində Şimali Koreyanın şərq sahilində yerləşən Vonsan bölgəsindən buraxılıb. Cənubi Koreya hərbçilərinin açıqlamasına əsasən, raketlər təxminən 250 kilometr məsafə qət edib.

Cənubi Koreya ordusu mümkün yeni buraxılışlara qarşı müşahidəni gücləndirdiyini və döyüş hazırlığını qoruduğunu bildirib. Seul hadisə ilə bağlı ABŞ və Yaponiya ilə məlumat mübadiləsini davam etdirir.

Yaponiyanın Müdafiə Nazirliyi də ballistik raket ola biləcək obyektin buraxıldığını bildirib. Yaponiya tərəfinin məlumatına görə, obyekt ölkənin müstəsna iqtisadi zonasından kənara düşüb.

Regionda gərginlik artır

Raket sınaqları Koreya yarımadasında gərginliyin artdığı bir dövrdə baş verib. Son həftələrdə iki Koreya arasında sərhəd təhlükəsizliyi ilə bağlı narazılıqlar güclənib. Sentyabr ayında sərhəddə baş verən mina partlayışı nəticəsində üç Cənubi Koreya hərbçisi yaralanıb. Seul hadisəyə görə Pxenyanı ittiham etsə də, Şimali Koreya bu iddianı rədd edib.

Reuters-in məlumatına görə, Şimali Koreya sonuncu dəfə oktyabrın 12-də ballistik raketlər buraxıb. Ölkə bu il ərzində dəfələrlə raket sınaqları keçirib.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

ABŞ və Rusiya investisiya fonduna qarşı sanksiyaları müzakirə edir

Aynur Camal

Yanacaq bahalaşdı, lüks kruiz gəmisinin dünya səyahəti yarımçıq qaldı

Aynur Camal

İspaniyada qatar faciəsindən sonra üç günlük milli matəm elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu