Dünya

Tramp: ABŞ-ın İran əməliyyatına çəkilən xərclər gələcəkdə dəfələrlə geri qaytarılacaq

ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatın maliyyə yükünün gələcəkdə dəfələrlə kompensasiya olunacağını bildirib.

Bugun.tv xəbər verir ki, Tramp bu barədə “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı danışıb.

ABŞ lideri bildirib ki, Vaşinqton daha əvvəl Venesuela ilə bağlı siyasətində də oxşar nəticə əldə edib və İran məsələsində də bunun təkrarlanacağını gözləyir.

“Venesuela ilə bağlı bu müharibənin bədəlini dəfələrlə ödədik. İranla da eyni hal baş verəcək”, – deyə Tramp vurğulayıb.

Xatırladaq ki, bu ayın əvvəlində ABŞ-ın müdafiə naziri Pit Heqset İrana qarşı hərbi əməliyyatın təxminən 37,5 milyard dollara başa gəldiyini açıqlamışdı.

Tramp həmçinin qeyd edib ki, ABŞ hazırda Venesueladan “milyardlarla dollar” gəlir əldə edir və İranla bağlı da oxşar iqtisadi nəticələrin əldə olunacağını iddia edib. Bununla belə, o, bu vəsaitlərin hansı mexanizmlə geri qaytarılacağı barədə əlavə məlumat verməyib.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Putin: Rusiya 3 metrdən qalın buzları yaracaq yeni buzqıran gəmi inşa edir

Aynur Camal

Putin Rusiya ordusunun sayını artırdı

Aynur Camal

Putin Paşinyanla telefon danışığı aparıb: Ermənistanın Aİ məsələsi müzakirə olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu