DünyaHadisə

Fransada və İspaniyada meşə yanğınları: Bordo yaxınlığında 4 minə yaxın insan təxliyə edildi

Fransanın Atlantik sahillərində, Bordo şəhəri yaxınlığındakı turizm bölgələrindən təxminən 4 min insan meşə yanğınları səbəbindən təxliyə edilib. Güclü küləklərin və həddindən artıq istilərin geri qayıtması yanğınsöndürənlərin Fransada və İspaniyada davam edən yanğınları nəzarət altına almaq səylərini çətinləşdirir.

Fransada qabaqlayıcı təxliyə qərarı Bordodan qərbdə yerləşən Lakano kurortu ətrafındakı düşərgələrə, istirahət kəndlərinə və digər turizm obyektlərinə şamil olunub.

Fransa Prezidenti Emmanuel Makron ölkədəki yanğın vəziyyətini İkinci Dünya müharibəsindən sonra qarşılaşılan “ən ağır” vəziyyət adlandırıb. O, Bordoda böhran mərkəzinə səfəri zamanı bildirib ki, qarşıdakı həftələr çətin olacaq və mübarizəni davam etdirmək lazımdır.

Fransa meşə yanğınları, İspaniya yanğınları, Bordo, Lakano, Avropada istilər, iqlim böhranı, təxliyə, meşə yanğınları, The Guardian, dünya xəbərləriJirond departamentində davam edən yanğın nəticəsində 42 min hektar meşə sahəsi məhv olub. Yanğınsöndürmə rəhbəri Remi Lassurey bildirib ki, alov hazırda “nisbətən nəzarət altındadır”, lakin Lakano istiqamətində yenidən güclənmə ehtimalı qalır. Buna görə düşərgələrin boşaldılması qərarı verilib.

İspaniyada isə Almeriya bölgəsində baş verən yanğında xəsarət alan qadın xəstəxanada dünyasını dəyişib. Bununla da həmin yanğın nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

İspaniyanın Avila bölgəsindəki yanğın ölkə tarixində ən böyük meşə yanğını hesab olunur. Burada 50 min hektar ərazi yanıb. Yanğınsöndürənlər bildirirlər ki, alovun gücü əvvəlki təcrübələrdən fərqlənir və əsas diqqət insanların təxliyəsi və yaşayış məntəqələrinin qorunmasına yönəldilir.

Son bir həftə ərzində Fransa, İspaniya və İtaliyada meşə yanğınları səbəbindən təxminən 330 min insan təhlükəsiz ərazilərə köçürülüb.

Avropa İttifaqı isə Fransa və İspaniyaya əlavə yanğınsöndürmə təyyarələri və helikopterlər göndərib. Aİ rəsmiləri bildiriblər ki, heç bir ölkə bütün mümkün təbii fəlakətlərə qarşı lazım olan resursları təkbaşına saxlaya bilməz.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu il Avropada meşə yanğınları nəticəsində məhv olan ərazilərin rekord həddə çatması və yanğınların payız aylarına qədər davam etməsi mümkündür.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

İsrail ordusu İordan çayının qərb sahilində Quran yayımlayan radionu bağladı

Aynur Camal

İtaliyada çimərlik yerlərini əvvəlcədən “tutanlara” qarşı əməliyyat keçirildi

Aynur Camal

Tramp, Netanyahu və Zelenski Vaşinqtonda görüşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu