Dünya

Kral III Çarlz köləlik tarixinin nəticələrini müzakirə edəcək

Böyük Britaniya kralı III Çarlz qarşıdakı Birlik Sammitində ölkəsinin köləlik tarixinin yaratdığı nəticələrin müzakirə olunacağını təsdiqləyib. Mövzu Britaniya ilə Karib hövzəsi ölkələri arasında münasibətlərin gündəmində qalır.

Bugun.tv xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Kralın doqquz günlük Karib hövzəsi səfəri Baham adalarından başlayıb. O, daha sonra Qayanaya səfər edəcək və Antiqua və Barbudada keçiriləcək Birlik ölkələri rəhbərlərinin sammitində iştirak edəcək.

Baham adalarında çıxışı zamanı III Çarlz köləliyin yaratdığı ağrılı tarixi xatırladıb. Bununla belə, kral çıxışında Böyük Britaniya adından rəsmi üzrxahlıq etməyib və təzminat ödənilməsi ilə bağlı konkret öhdəlik açıqlamayıb.

Karib ölkələri üzrxahlıq və təzminat tələb edir

Karib hövzəsinin bir sıra ölkələri Britaniyanın transatlantik kölə ticarətindəki roluna görə rəsmi üzrxahlıq etməsini və təzminat məsələsi üzrə danışıqlara başlamasını tələb edir. Region nümayəndələri tarixi ədalətsizliyin nəticələrinin bu gün də hiss olunduğunu bildirirlər.

“The Guardian” yazır ki, kralın səfəri zamanı əsas diqqətin müasir əməkdaşlıq və gələcək imkanlara yönəldilməsi nəzərdə tutulsa da, müstəmləkəçilik və köləliyin tarixi irsi də müzakirələrdə yer alacaq.

Qarşıdakı sammitdə bu məsələnin hansı nəticələri verəcəyi və tərəflərin ortaq mövqeyə yaxınlaşıb-yaxınlaşmayacağı hələ məlum deyil.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Dünyada inflyasiyanın 2027-ci ildə də yüksək qalacağı gözlənilir

Aynur Camal

Sahil bataqlıqları payızda al-qırmızı rəngə bürünür

Aynur Camal

Melaniya Tramp Rusiya və Ukrayna arasında yerli atəşkəsin başladığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu