Maraqlı faktlar

Amazon meşələrinin altında yüzlərlə qədim tikili aşkar edildi

Bugun.tv xəbər verir ki, Amazon yağış meşələrində aparılan yeni LIDAR tədqiqatı nəticəsində qədim dövrə aid yüzlərlə gizli tikili üzə çıxarılıb. Alimlər bildirirlər ki, əldə olunan nəticələr bölgədə mövcud olmuş qədim sivilizasiyanın indiyədək düşünüldüyündən xeyli böyük olduğunu göstərir.

Tədqiqata Finlandiyanın Helsinki Universitetinin arxeoloq-antropoloqu Martti Parssinenin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu rəhbərlik edib. Tədqiqatçılar LIDAR texnologiyasından istifadə edərək Amazon meşələrinin üzərindən lazer skanları aparıblar və sıx bitki örtüyünün altında gizlənmiş tikililəri xəritələşdiriblər.

Araşdırma çərçivəsində 4 min 497 kvadratkilometr ərazi skan edilib. Nəticədə ümumilikdə 432 torpaq tikilisi müəyyən olunub ki, onlardan 396-sı ilk dəfə qeydə alınıb. Alimlər bildirirlər ki, bu ərazi Amazon hövzəsinin 3 faizindən də az hissəsini əhatə etdiyindən, bölgədə minlərlə oxşar tikilinin hələ də aşkar edilmədiyi ehtimal olunur.

Tədqiqatın nəticələrinə əsasən, e.ə. 600-cü ildən eramızın 850-ci ilinə qədər mövcud olmuş Aquiry sivilizasiyası özünün ən qüdrətli dövründə təxminən 183 min kvadratkilometr ərazini əhatə edib. Alimlər həmin dövrdə bölgədə 24–30 min arasında torpaq qurğusunun və 1,2–3 milyon nəfər əhalinin yaşadığını ehtimal edirlər.

Mütəxəssislərin fikrincə, bu kəşf Amazonun tamamilə toxunulmamış və insan təsirindən uzaq meşə olması barədə uzun illər formalaşmış təsəvvürləri dəyişir. Araşdırmanın nəticələri Nature elmi jurnalında dərc olunub.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər quş nəğmələrinin sirrini açdı

Aynur Camal

Ana delfin ölmüş balasını altı gün kürəyində daşıdı

Aynur Camal

Alimlər telefonların uşaqlarda oxu bacarığına necə təsir etdiyini müəyyən ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu