Maraqlı faktlar

Alimlər: Dünyada dillərin sayı sürətlə azalır

Bugun.tv xəbər verir ki, alimlər son minilliklər ərzində dünyada dil müxtəlifliyinin kəskin şəkildə azaldığını müəyyən ediblər. Science jurnalında dərc olunan yeni araşdırmaya görə, bəşəriyyət tarixinin müəyyən dövrlərində Yer üzündə eyni vaxtda 30 mindən 75 minə qədər müxtəlif dil mövcud olub. Hazırda isə dünyada təxminən 7 500 dil danışılır.

Tədqiqat müəlliflərinin sözlərinə görə, dillərin sürətlə yox olmasının əsas səbəbləri qədim imperiyaların genişlənməsi, müstəmləkəçilik siyasəti və insanların zamanla dominant dillərə keçməsi olub. Alimlər bildirirlər ki, hər bir dil təkcə ünsiyyət vasitəsi deyil, həm də həmin xalqın tarixi, mədəniyyəti və dünyagörüşü haqqında mühüm məlumat daşıyır.

Araşdırmada qeyd olunur ki, hazırda mövcud dillərin təxminən yarısı yox olmaq təhlükəsi ilə üz-üzədir. Dünya əhalisinin 90 faizi isə cəmi dillərin 10 faizində danışır. Mütəxəssislər hesab edirlər ki, təhlükə altında olan dillərin qorunması bəşəriyyətin mədəni irsinin və tarixi yaddaşının saxlanılması baxımından böyük əhəmiyyət daşıyır.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Qara dəliklər ulduzları udduqdan sonra geri püskürdür

Aynur Camal

Okeanın dibinə plastikdən süni dəniz otu yerləşdirdilər: Nəticə təəccübləndirdi

Aynur Camal

Bu parkda torpaq qazanlar almaz tapır: İlin əvvəlindən 214 daş aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu