28 C
Baku
16 Sentyabr 2026, 16:02
almaz, Crater of Diamonds Parkı, ABŞ, Arkanzas, qiymətli daş, 3,09 karat almaz, Keshia Smith, nadir tapıntı
Maraqlı faktlar

Bu parkda torpaq qazanlar almaz tapır: İlin əvvəlindən 214 daş aşkarlandı

Bugun.tv xəbər verir ki, ABŞ-ın Arkanzas ştatında yerləşən Crater of Diamonds Dövlət Parkı ziyarətçilərin torpaq qazaraq almaz tapa bildiyi nadir məkanlardan biri kimi yenidən gündəmə gəlib.

Parkın məlumatına görə, 2026-cı ilin əvvəlindən indiyədək ziyarətçilər tərəfindən 214 almaz tapılaraq qeydə alınıb. Son diqqətçəkən tapıntının müəllifi isə Keshia Smith adlı ziyarətçi olub.

almaz, Crater of Diamonds Parkı, ABŞ, Arkanzas, qiymətli daş, 3,09 karat almaz, Keshia Smith, nadir tapıntı

Smithin sözlərinə görə, parkda qazıntı apararkən belində parıldayan bir daş görüb. Əvvəlcə onun qiymətli daş olduğunu düşünməyən qadın tapıntını çantasına qoyub, daha sonra digər ziyarətçilərə göstərib. Onların məsləhəti ilə daşı park əməkdaşlarına təqdim edib.

Yoxlama nəticəsində daşın 3,09 karat ağırlığında ağ almaz olduğu müəyyənləşdirilib. Təxminən muncuq ölçüsündə olan almazın hamar səthə malik olduğu bildirilib. Smith isə daşı ilk gördükdə onun ürəyə bənzədiyini deyib.

almaz, Crater of Diamonds Parkı, ABŞ, Arkanzas, qiymətli daş, 3,09 karat almaz, Keshia Smith, nadir tapıntı

Qadının həyatında baş verən iki ağır itkidən sonra tez-tez parka gəldiyi bildirilir. O, tapdığı almaza iki nəvəsinin adından ilhamlanaraq “Za’Novia Liberty Diamond” adını verib.

Parkın xüsusiyyəti ondadır ki, ziyarətçilərə xüsusi ayrılmış ərazidə öz alətləri ilə torpaq qazmağa və tapdıqları materialı ələkdən keçirməyə icazə verilir. Aşkarlanan daşlar daha sonra park əməkdaşları tərəfindən yoxlanılaraq qeydiyyata alınır.

Smithin tapdığı almaz parkda 2026-cı ildə qeydə alınan ikinci ən böyük almaz olub.

Mənbə:  EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Sosial şəbəkələrdən uzaq qalmaq üçün kitab oxuyanlara pul veriləcək

Aynur Camal

Arktika buzlarının hərəkətinin sirri açılıb: külək yeganə səbəb deyil

Aynur Camal

Almaniyada qədim slavyan qalasının yerində daha qədim yaşayış izləri tapılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu