Maraqlı faktlar

Alimlər: Tarixəqədərki insanlar əsasən dişi mamontları ovlayıblar

Bugun.tv xəbər verir ki, beynəlxalq alimlər qrupunun apardığı yeni araşdırma tarixəqədərki insanların mamontları təsadüfi deyil, məqsədli şəkildə ovladıqlarını ortaya qoyub.

Current Biology jurnalında dərc edilən tədqiqata əsasən, Mərkəzi və Şərqi Avropa, eləcə də Sibirin 11 arxeoloji məntəqəsindən əldə olunan mamont qalıqlarının qədim DNT analizi göstərib ki, insanların ovladığı mamontların təxminən 70 faizi dişi olub. Təbii səbəblərlə ölən mamontlarda isə bu göstərici cəmi 34 faiz təşkil edib.

Alimlərin fikrincə, bu nəticə qədim ovçuların dişi mamont sürülərini qəsdən seçdiyini göstərir. Mütəxəssislər bunu dişi mamontların sürü halında və daha proqnozlaşdırıla bilən marşrutlarla hərəkət etməsi, həmçinin erkək mamontlarla müqayisədə daha asan hədəfə çevrilməsi ilə izah edirlər.

Tədqiqat çərçivəsində son 50 min illik dövrə aid 521 mamont nümunəsi araşdırılıb. Alimlər hesab edirlər ki, əldə olunan nəticələr buz dövrü insanlarının ov strategiyası, sosial davranışı və qida təminatı barədə yeni elmi məlumatlar təqdim edir. Bununla yanaşı, araşdırma mamontların məhv olmasında insan amilinin mümkün rolunun daha yaxşı anlaşılmasına da töhfə verir.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Çili mumiyalarında çiçək xəstəliyinin DNT-si aşkarlandı

Aynur Camal

İlk yelkənli qayıq necə yaranıb? – Minilliklər öncədən başlayan dənizçilik inqilabı

Aynur Camal

Alimlər And dağlarında rekord yüksəklikdə yaşayan siçanın sirrini araşdırıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu