DünyaHadisə

Cənubi Koreyada rekord istilər: Seul tarixində ilk dəfə ən yüksək səviyyəli istilik xəbərdarlığı elan etməyə hazırlaşır

Bugun.tv xəbər verir ki, Cənubi Koreya son 122 ilin ən güclü isti hava dalğası ilə üz-üzədir. Ölkənin paytaxtı Seulda tarixdə ilk dəfə ən yüksək səviyyəli istilik xəbərdarlığının elan olunacağı gözlənilir.

Məlumata görə, ölkənin cənub-şərqində yerləşən Yanqsan şəhərində havanın temperaturu 42,5 dərəcəyə çataraq müşahidələrin aparıldığı dövrdə qeydə alınan ən yüksək göstərici olub. Sinoptiklər yaxın günlərdə Seulda da temperaturun 38 dərəcəyə yüksələcəyini proqnozlaşdırırlar.

Rəsmi məlumatlara əsasən, may ayından bəri isti hava ilə əlaqədar 2 mindən çox insan xəstəxanaya müraciət edib, 19 nəfər isə həyatını itirib. Prezident Li Ce Myun vəziyyəti milli fəlakət kimi qiymətləndirərək aidiyyəti qurumlara əhalinin, xüsusilə yaşlıların və risk qrupuna daxil olan şəxslərin qorunması üçün əlavə tədbirlər görməyi tapşırıb.

Hakimiyyət orqanları küçələrin soyudulması üçün xüsusi texnikalar cəlb edib, minlərlə həssas vətəndaşın vəziyyəti nəzarətdə saxlanılır. Mütəxəssislər rekord istiləri iqlim dəyişikliyi və atmosferdə formalaşan yüksək təzyiq sistemləri ilə əlaqələndirirlər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Quterreş Hirosimaya atom bombasını atan ölkənin adını yenə çəkmədi

Aynur Camal

Tramp: Avropa ölkələrinin ABŞ-dan daha üçün güclü qüvvələri yoxdur

Aynur Camal

WP: Tramp 2028-ci il seçkilərində JD Vensi gizli şəkildə dəstəkləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu