Baş xəbərİqtisadiyyat

Kimlər gələn aydan kompensasiya alacaq? – Vüqar Bayramov açıqladı

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabındakı şərhdə bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, gələn aydan etibarən ixrac rəsmiləşdirilməsi xərclərinə görə sahibkarlara kompensasiya ödənilməsinə başlanılacaq.

Deputatın sözlərinə görə, yeni mexanizm Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin gömrük rəsmiləşdirilməsi zamanı ödədikləri xərclərin bir hissəsinin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur.

Vüqar Bayramov qeyd edib ki, kompensasiyalar mənşə sertifikatı əsasında veriləcək. Dəstəkdən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracını həyata keçirən mikro, kiçik və orta sahibkarlar yararlana biləcəklər.

Deputat vurğulayıb ki, kompensasiyanın məbləği gömrük dəyərinə tətbiq olunan yığım hədlərindən asılı olaraq fərqlənəcək. 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatları üzrə hər bir ixrac bəyannaməsi üçün yuxarı hədd müəyyən ediləcək və ödənişlər həmin limit çərçivəsində həyata keçiriləcək.

Onun sözlərinə görə, bu addım ixracatçı mikro, kiçik və orta sahibkarlığın dövlət dəstəyini gücləndirəcək, eyni zamanda qeyri-neft-qaz ixracının həcminin artmasına, məhsul çeşidinin genişlənməsinə və yeni xarici bazarlara çıxış imkanlarının artırılmasına töhfə verəcək.

Aynur Camal

Oxşar xəbərlər

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Oyun zamanı meydançaya ildırım düşdü: Bir futbolçu həyatını itirdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu