Dünya

Çimərliyə PUA hücumu nəticəsində ölənlərin sayı 8-ə çatdı

Rusiyanın Krasnodar diyarında Qara dəniz sahilində yerləşən çimərliyə pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində həlak olanların sayı 8 nəfərə yüksəlib.

Rusiya rəsmilərinin məlumatına görə, yaralanaraq xəstəxanaya yerləşdirilən azyaşlılardan biri həyatını itirib. Bununla da ölənlər arasında uşaqların sayı iki nəfərə çatıb. Hadisə nəticəsində 58 nəfərin yaralandığı bildirilir.

Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova hadisəni “dəhşətli faciə” adlandıraraq həlak olan uşağın xəstəxanada dünyasını dəyişdiyini açıqlayıb.

Rusiya tərəfi hücumun Ukraynaya məxsus pilotsuz uçuş aparatları ilə həyata keçirildiyini iddia edir. Ukrayna isə mülki şəxsləri hədəf aldığı iddialarını rədd edir və yalnız hərbi obyektlərə zərbələr endirdiyini bildirir.

Mənbə: ABC News

Aynur Camal

Oxşar xəbərlər

2026-cı ilin ən varlı koreyalı aktrisası kimdir?

Bugün TV

Ərzincanda Urartu dövrünün izləri aşkarlanıb

Elnarə Dərziyeva

Fransada dövlət qurumlarında psixoloji təzyiq iddiaları araşdırılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu