DünyaMaraqlı faktlar

Ərzincanda Urartu dövrünün izləri aşkarlanıb

Bugun.tv xəbər verir ki,Türkiyədə, Ərzincan düzənliyinin şimal-şərq hissəsində, düzənlikdən təxminən 60 metr yüksəklikdə yerləşən vulkanik təpə üzərindəki Altıntepe Qalasında Urartu dövrünə aid tarixi faktlar aşkarlanıb. Ərazi ilk dəfə 1938 və 1956-cı illərdə aparılan qeyri-qanuni qazıntılar nəticəsində diqqət mərkəzinə düşüb. İlk elmi qazıntılar 1959-cu ildə Prof. Dr. Tahsin Özgüçün rəhbərliyi ilə başlanılıb.

maraqlı faktlar
Urartu dövrünün qalıqları

1967-ci ilə qədər davam edən işlər nəticəsində Urartu dövrünə aid daxili qala qapısı, məbəd-saray kompleksi, müdafiə divarları, qəbul zalı, anbar binası və açıq hava məbədi aşkar edilib. Qalanın cənub yamacında aşkar edilən daş məzarların Urartu dövrünün dəfn adətlərinə işıq tutduğu qeyd olunur.

Urartu
Tarixi ərazi

Ərzincan Muzey Müdirliyinin rəsmiləri bildiriblər ki, Altıntepe Urartu dövlətinin qərbdəki ən əhəmiyyətli əyalət mərkəzlərindən biri olub. İlkin sistemli qazıntılar zamanı aşkar edilən saray kompleksi, məbəd, hovuzlar, kanalizasiya sistemi və çoxsaylı arxeoloji tapıntılar, həmin dövrdə Ərzincanda muzey olmadığı üçün Ankaradakı Anadolu Sivilizasiyaları Muzeyinə aparılıb. Altıntepe qazıntıları zamanı tapılan keramika qırıntıları, at qoşqu ləvazimatları, metal mebel detalları və ox ucluqları kimi bir çox eksponat hazırda Ərzincan Muzeyində ziyarətçilərə nümayiş etdirilir.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Fransada dövlət qurumlarında psixoloji təzyiq iddiaları araşdırılır

Aynur Camal

FIFA-da böhran dərinləşir: Avropa futbol qurumları İnfantinoya dəstəyi geri çəkir

Aynur Camal

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu