Dünya

Danimarka şahzadəsi İzabella 11 aylıq hərbi xidmətə başladı

Danimarka kralı X Frederik və kraliça Merinin qızı, 19 yaşlı şahzadə İzabella ölkədə tətbiq edilən yeni qaydalara uyğun olaraq 11 aylıq məcburi hərbi xidmətə başlayıb. O, xidmət müddətində digər hərbçilərlə eyni şərtlərdə təlim keçəcək və maaş, eləcə də yemək ödənişindən imtina edib.

Bugun.tv xəbər verir ki, Danimarkada 2024-cü ildə qəbul edilən müdafiə sazişinə əsasən, məcburi hərbi xidmətin müddəti 4 aydan 11 aya qədər artırılıb və qadınlar da bu sistemə daxil edilib. Yeni qaydalara əsasən, ilk növbədə könüllülər xidmətə cəlb olunur, ehtiyac yarandıqda isə seçim püşkatma yolu ilə aparılır.

Bu il ölkənin 14 hərbi hissəsində ümumilikdə 1600 gənc xidmətə başlayıb. Onların təxminən 20 faizini qadınlar təşkil edir. Hərbi xidmət beş aylıq baza hazırlığı və altı aylıq əməliyyat təlimindən ibarətdir.

Şahzadə İzabella Slagelse şəhərində yerləşən Antvorskov kazarmasına tək gəlib və daha sonra hərbi formasını geyinərək xidmətə başlayıb. O, daha əvvəl vəliəhd şahzadə Kristianın xidmət etdiyi Mühafizə Süvari Alayını seçib.

Danimarka Kral Sarayı bildirib ki, şahzadə digər əsgərlərlə eyni qaydalar əsasında təlim alacaq. Bununla yanaşı, o, hərbi xidmət dövründə verilən maaş və yemək müavinətindən könüllü şəkildə imtina edib. Qeyd edək ki, vəliəhd şahzadə Kristian da hərbi xidmət zamanı eyni qərarı vermişdi.

Universitet təhsilinə başlamazdan əvvəl bir il fasilə verməyi planlaşdıran şahzadə İzabellanın 11 aylıq xidmətini başa vurduqdan sonra təhsilini davam etdirməsi gözlənilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Avqustun 12-də 6 planet bir xəttdə düzüləcək

Aynur Camal

İran Körfəz ölkələrini xəbərdar etdi

Aynur Camal

Alimlər paslanmayan qədim dəmirin sirrini açıqladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu