Dünya

Hiroşimaya atom bombası atılmasından 81 il ötür

Bugun.tv xəbər verir ki, bu gün ABŞ-ın Yaponiyanın Hiroşima şəhərinə ilk atom bombasını atmasından 81 il ötür.

1945-ci il avqustun 6-da yerli vaxtla saat 08:15-də ABŞ-a məxsus B-29 bombardmançı təyyarəsi “Little Boy” (“Kiçik oğlan”) adlı atom bombasını Hiroşimaya atıb. Təxminən 255 min əhalisi olan şəhərin böyük hissəsi dağıdılıb, binaların əksəriyyəti məhv olub.

Partlayış nəticəsində ilkin mərhələdə on minlərlə insan həyatını itirib. 1945-ci ilin sonunadək ölənlərin sayı 200 minə yaxınlaşıb. Partlayışdan sonra yaranan radiasiya isə sonrakı illərdə də minlərlə insanın xərçəng, ağır yanıq və digər sağalmaz xəstəliklərdən əziyyət çəkməsinə səbəb olub. Yardım göstərmək üçün bölgəyə gələn şəxslər də radioaktiv çirklənmənin qurbanı olublar.

Hücumdan üç gün sonra – avqustun 9-da ABŞ Yaponiyanın Naqasaki şəhərinə “Fat Man” (“Kök adam”) adlı ikinci atom bombasını atıb. Bu hücum nəticəsində də on minlərlə insan həlak olub və şəhərin böyük hissəsi dağılıb.

Yaponiya rəsmilərinin məlumatına görə, Hiroşima və Naqasakiyə atılan atom bombaları nəticəsində birbaşa və sonrakı təsirlər daxil olmaqla ümumilikdə təxminən 500 min insan həyatını itirib. Bu hadisələr tarixdə nüvə silahının döyüş şəraitində istifadə edildiyi yeganə nümunə olaraq qalır.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: Ukraynaya silah daşıyan iki yük gəmisi məhv edildi

Aynur Camal

45-65 yaş arasında bu vərdişlər demans riskini azalda və sağlam ömrü 13 il uzada bilər

Aynur Camal

ABŞ deportasiya reysini bərpa etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu