Dünya

Tramp: Avropa ölkələrinin ABŞ-dan daha üçün güclü qüvvələri yoxdur

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin uzun illər təhlükəsizlik sahəsində Vaşinqtona arxalandığını və buna görə də kifayət qədər güclü silahlı qüvvələr formalaşdırmadığını bildirib.

Nevada ştatında çıxış edən Tramp deyib ki, Avropa ölkələri müdafiə məsələlərində ABŞ-dan asılı olduqları üçün ordularını lazımi səviyyədə inkişaf etdirməyiblər. O, Avropa müttəfiqlərinə dəfələrlə bu yanaşmanın düzgün olmadığını söylədiyini vurğulayıb.

ABŞ lideri çıxışında sələfi Co Bayden administrasiyasını da tənqid edib. Tramp Bayden dövründə ABŞ silahlı qüvvələrinin vəziyyətinin ciddi şəkildə zəiflədiyini iddia edib. O, əvvəlki administrasiyanın yüz milyardlarla dollar dəyərində hərbi yardım göstərdiyini bildirərək, bu siyasəti yanlış adlandırıb.

Tramp əlavə edib ki, hazırda ABŞ hərbi texnikasını müttəfiqlərinə satır və Avropa ölkələrinin bunun müqabilində ödəniş etməyə hazır olduqlarını qeyd edib.

ABŞ prezidenti son illərdə NATO üzvlərinin müdafiə xərclərini artırmasının vacibliyini dəfələrlə gündəmə gətirib və alyans ölkələrinin təhlükəsizlik sahəsində daha çox məsuliyyət daşımalı olduqlarını vurğulayıb.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Quterreş Hirosimaya atom bombasını atan ölkənin adını yenə çəkmədi

Aynur Camal

WP: Tramp 2028-ci il seçkilərində JD Vensi gizli şəkildə dəstəkləyir

Aynur Camal

Yaponiya Baş naziri: Üç qeyri-nüvə prinsipinə sadiq qalacağıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu