Dünya

Cənubi Koreya və ABŞ 17 Avqustdan birgə hərbi təlimlərə başlayır

Cənubi Koreya və ABŞ 17-27 Avqust tarixlərində “Ulchi Freedom Shield” adlı illik birgə hərbi təlimlər keçirəcək.

Reuters-in 3 saat əvvəl yaydığı məlumata görə, təlimlər Şimali Koreyanın dəyişən təhdidlərinə uyğunlaşdırılıb. Bu il dron əleyhinə əməliyyatlar, GPS pozulmaları və kiberhücumlar ssenariləri də proqrama əlavə edilib.

ABŞ qüvvələrinin sözçüsü polkovnik Ryan Donald bildirib ki, “Şimali Koreya əsgərləri Ukraynada döyüşüb və oradan öyrəndikləri təcrübəni geri aparıblar. Bu, KXDR-in imkanlarını dəyişir və biz də təlimlərimizi buna uyğun qururuq”.

Təlimlərdə təxminən 18.000 Cənubi Koreya əsgəri iştirak edəcək. Pentaqon təlimlərin yalnız müdafiə xarakterli olduğunu vurğulasa da, Pxenyan bunu təxribat adlandırır.

KXDR keçən həftə dənizə qısamənzilli ballistik raket atmışdı.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Qütb burulğanı gözləniləndən tez zəifləyir: Avropada qış daha soyuq keçə bilərmi?

Aynur Camal

Ukrayna Krım körpüsünü vurduğunu bildirib: hərəkət müvəqqəti məhdudlaşdırılıb

Aynur Camal

45 gündür axtarılan qoyun atın köməyi ilə xilas edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu