Dünyanın ən soyuq şəhərində həyat necə davam edir?
Dünya

Qütb burulğanı gözləniləndən tez zəifləyir: Avropada qış daha soyuq keçə bilərmi?

Bugun.tv xəbər verir ki, Arktika üzərində formalaşan və Şimal qütbü ətrafında soyuq havanı saxlayan qütb burulğanı bu il qeyri-adi dərəcədə erkən zəifləməyə başlayıb. Meteoroloqlar bu dəyişikliklərin qarşıdakı həftələrdə Şimal yarımkürəsinin bəzi bölgələrində daha soyuq və quraq hava şəraiti yarada biləcəyini bildirirlər.

“Reuters” agentliyinin noyabrın 16-da yaydığı məlumata görə, qütb burulğanı Yer səthindən təxminən 10–50 kilometr yüksəklikdə yerləşən və güclü küləklərdən ibarət atmosfer sistemidir. Adətən bu sistem Arktikadakı çox soyuq hava kütlələrini qütb ətrafında saxlayır.

Burulğan zəiflədikdə isə soyuq hava kütlələri cənuba doğru hərəkət edə, Avropa və Şimali Amerikanın bəzi ərazilərində şaxta və qar ehtimalını artıra bilər.

Alimlər bu ilki erkən zəifləmənin səbəblərini araşdırırlar. Mümkün amillər arasında Sakit okeanda inkişaf edən güclü El-Ninyo hadisəsi, atmosfer dalğaları və Skandinaviya ilə Rusiyanın qərbində Arktika sularının qeyri-adi istiləşməsi göstərilir.

Bununla belə, mütəxəssislər qütb burulğanının zəifləməsinin bütün qışın sərt keçəcəyi anlamına gəlmədiyini vurğulayırlar. Yekun hava şəraiti digər atmosfer proseslərindən də asılı olacaq.

Mənbə: streetinsider.com

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna Krım körpüsünü vurduğunu bildirib: hərəkət müvəqqəti məhdudlaşdırılıb

Aynur Camal

45 gündür axtarılan qoyun atın köməyi ilə xilas edildi

Aynur Camal

Bu gün Beynəlxalq Tolerantlıq Günüdür: UNESCO Samoadan olan təşkilatı mükafatlandırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu