2007-ci ildə “okeanları zibilxanaya çevirirlər” deyə tənqid olunan layihə, 20 ildən sonra böyük ekoloji uğura çevrilib.
Ensonhaber-in məlumatına görə, Meksika körfəzinə restoran və emal müəssisələrindən toplanan 500 min tondan çox istiridye qabığı (balıqqulağı) tökülüb. O zaman bir çox insan bunu okyana zibil atmaq kimi qiymətləndirib. Hətta alimlər də nəticəyə şübhə ilə yanaşıb.
Ancaq suyun altında sakitcə başlayan dəyişiklik illər ərzində möcüzəvi mənzərə yaradıb. Dəniz dibinə yerləşdirilən qabıqları bakteriyalar örtərək yeni həyatın ilk addımını atıb. Zamanla parçalanan qabıqlar suya kalsium buraxaraq mühiti zənginləşdirib.
Yumşaq qumluğa çevrilmiş dəniz dibi yenidən bərk zəminə qovuşdu. Bu da gənc balıq qulaqlarının yapışıb böyüməsi üçün təbii baza olub.
Nəticədə bölgədə istiridye (balıqqulağı) populyasiyası yaranıb. Təbii filtr kimi işləyən istiridyələr su keyfiyyətini artırır, zərərli yosun partlayışlarını azaldır. Ərazi minlərlə dəniz canlısı üçün qorunan yuvaya çevrilir.

Mənbə: Ensonhaber
