Bugun.tv xəbər verir ki, Parisdəki məşhur Notr-Dam kilsəsinin altında aparılan arxeoloji qazıntılar zamanı təxminən 1 700 illik tarixə aid çoxsaylı artefaktlar aşkar edilib.
Arxeoloqlar kilsənin yerləşdiyi ərazidə Roma dövrünə qədər gedib çıxan müxtəlif tarixi təbəqələri araşdırırlar. Tapıntılar arasında IV əsrə aid sikkə, həmçinin üzərindəki işarələr hələ tam oxunmayan orta əsrlərə aid qab da var.
Araşdırmalar 2019-cu ildə baş verən böyük yanğından sonra Notr-Dam kilsəsinin bərpası çərçivəsində aparılır. Mütəxəssislər qazıntılar zamanı aşkar edilən tapıntıların Parisin və kilsənin yerləşdiyi ərazinin qədim tarixini daha dərindən öyrənməyə imkan verdiyini bildirirlər.
Arxeoloqların sözlərinə görə, qazıntılar zamanı üzə çıxan müxtəlif tarixi qatlar Parisin əsrlər boyu keçdiyi inkişaf yolunu izləməyə şərait yaradır. Bu səbəbdən Notr-Damın altındakı araşdırmalar “əsrin qazıntılarından biri” kimi qiymətləndirilir.
Mənbə: ApNews
