DünyaHadisə

Qəzzadakı hücumlar mülki əhalini təhlükəyə almaqda davam edir

BMT İsrailin Qəzza zolağındakı hücumlarının mülki əhalinin həyatını təhlükəyə atmağa davam etdiyini bildirib.

TRT Haber-in məlumatına görə, BMT Baş Katibinin sözçü müavini Farhan Haq gündəlik brifinqdə Qəzzadakı son vəziyyəti dəyərləndirib. Adını çəkmədən İsrailin hücumlarına işarə edən Haq, bu hücumların bölgədə yaşayan fələstinlilərin həyatını ciddi şəkildə təhlükəyə atdığını vurğulayıb.

Haq bildirib: “BMT-nin Humanitar Yardım Koordinasiya Ofisi, Qəzzadakı hərbi əməliyyatların fələstinliləri təhlükəyə atmağa və humanitar ehtiyacları artırmağa davam etdiyi barədə xəbərdarlıq edir”.

Sözçü müavini, təhlükəsizlik qüvvələrinin cümə günündən bəri bu cür çoxsaylı hadisə qeydə aldığını, onlardan bir çoxunda mülki şəxslərin həlak olduğu bildirildiyini deyib.

Haq həmçinin qeyd edib ki, 2023-cü ilin oktyabrından bəri humanitar yardım qrupları Qəzzada 1000-dən çox partlayıcı sursat aşkar edərək işarələyib. Bu, dağıntıların götürülməsi və infrastruktur işləri üçün kritikdir.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Hormuz boğazı razılaşması təhlükədə – Tramp təzminat istəyir

Aynur Camal

Kolumbiyada əsrin ən güclü zəlzələsi – çox sayda ölü

Aynur Camal

Çin, Rusiya və Qazaxıstan 2026-cı ilin ilk yarısında Özbəkistanın ən böyük ticarət tərəfdaşları oldular

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu