Dünyaİdman

Avropanın nəhəng futbol liqalarında yeni mövsüm başlayır: Premyer Liqa, A Seriyası və Liqa 1 nə vaxt keçiriləcək?

Bugun.tv xəbər verir ki, futbolda yay fasiləsi başa çatıb və yeni mövsümün həyəcanı Avropanın aparıcı futbol çempionatlarına da keçir. Türkiyə Super Liqasının başlamasından sonra İngiltərə, İtaliya və Fransanın əsas liqalarında da yeni mövsüm start götürür.

Transfer dönəmində baş verən dəyişikliklər və hazırlıq oyunlarının ardından Avropanın aparıcı klubları mövsümün ilk turuna hazırlaşır. Azarkeşləri isə əsas çempionatların nə vaxt başlayacağı maraqlandırır.

İngiltərə Premyer Liqası 21 avqust 2026-cı il, cümə günü başlayacaq. Mövsümün açılış qarşılaşmasında Arsenal “Coventry City” ilə üz-üzə gələcək.

Fransanın Liqa 1 çempionatı da 21 avqustda start götürəcək. İlk turda “Olympique Marseille” və “RC Strasbourg” qarşılaşacaq.

İtaliya A Seriyası isə digər iki çempionatla müqayisədə bir gün sonra – 22 avqust 2026-cı il, şənbə günü başlayacaq. İlk turda “Inter” – “Monza”“Udinese” – “Como” matçları keçiriləcək.

Beləliklə, avqustun sonundan etibarən Avropanın əsas futbol liqalarında yeni mövsümün şampiyonluq mübarizəsi başlayacaq. Klublar həm ölkə çempionatında, həm də qarşıdakı avrokubok oyunlarında uğurlu nəticə qazanmaq üçün mübarizə aparacaq.

Mənbə: En Son Haber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ukraynanın 2026-cı ildəki ən böyük PUA hücumunda azı 7 nəfərin öldüyünü açıqladı

Aynur Camal

Baş nazir Donald Trampın aparat rəhbərini təqlid edən şəxslə yazışdı

Aynur Camal

Almanlara “Daha çox işləyin” çağırışı edən Friedrich Merzin tətili 4 həftəyə uzandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu