Böyük Britaniyada milyonlarla gəncin nə təhsil aldığı, nə işlədiyi, nə də peşə hazırlığında iştirak etdiyi bildirilir.
The Guardian-ın bu gün yayımladığı təhlildə ölkədə 18–24 yaşlı gənclər arasında uzunmüddətli sağlamlıq məhdudiyyətlərinin 2019-cu ildən bəri 42 faiz artdığı qeyd olunur. Məqalədə gənclərin əmək bazarından və təhsildən uzaqlaşmasının daha geniş sosial problemlərlə əlaqəli olduğu vurğulanır.
Araşdırmada həmçinin gənclər arasında psixoloji problemlərin artmasına diqqət çəkilir. The Guardian Britaniyada 15–24 yaşlılar arasında narahatlıq və depressiya hallarının OECD ölkələri arasında ən yüksək səviyyələrdən birinə çatdığını yazır.
Mütəxəssislər problemin yalnız işsizliklə məhdudlaşmadığını, təhsil, sağlamlıq, sosial imkanlar və gələcək perspektivlərlə bağlı daha geniş böhran yaratdığını bildirirlər.
Mənbə: The Guardian
