Baş xəbər

Vüqar Bayramov: Laçında 979 ailə məskunlaşıb

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Laçının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib və rayonda aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.

Deputat sosial media hesabındakı şərhdə bildirib ki, avqust ayı Azərbaycan tarixində Laçının işğaldan azad olunması ilə də yadda qalıb. Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

Vüqar Bayramov qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana qaytarılıb. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 26 avqust Laçın Şəhəri Günü kimi qeyd olunur.

Deputatın sözlərinə görə, işğaldan azad edildikdən sonra Laçında genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb, mərhələli məskunlaşma prosesi həyata keçirilir.

Bayramov bildirib ki, hazıradək Laçın rayonunda 979 ailə, ümumilikdə 3665 nəfər məskunlaşıb. Onlardan 614 ailə, yəni 2264 nəfər Laçın şəhərində, 217 ailə və 823 nəfər Zabux kəndində, 59 ailə və 215 nəfər Sus kəndində, 89 ailə və 363 nəfər isə Bəylik kəndində məskunlaşıb.

Deputat qeyd edib ki, Böyük Qayıdış Proqramına uyğun olaraq Laçın rayonunda məskunlaşma prosesi davam etdirilir. Onun sözlərinə görə, vaxtilə işğal nəticəsində dağıdılmış Laçın hazırda yenidən qurularaq regionun əsas mərkəzlərindən birinə çevrilir.

Laçın, Laçın şəhəri, Laçın Şəhəri Günü, Vüqar Bayramov, Böyük Qayıdış, Laçının işğaldan azad edilməsi, Laçında məskunlaşma, Qarabağ
Laçın 2022.08.22
Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 3,2 dəfə artıb

Aynur Camal

Müharibə şəraiti Ukraynada seçkilərin keçirilməsinə mane olur – ekspertlər

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan üzərindən daşınan yüklərin həcmi 3 faiz artıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu