Si Cinpin, müstəqil Fələstin, Fələstin dövləti, Çin Fələstin siyasəti, Yaxın Şərq, İsrail Fələstin münaqişəsi, Donald Tramp, Çin ABŞ münasibətləri
Baş xəbərDünya

Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasına çağırdı

Bugun.tv xəbər verir ki, Çin Prezidenti Si Cinpin Fələstin məsələsinin Yaxın Şərqdəki bütün ziddiyyətlərin əsas elementlərindən biri olduğunu bildirib və münaqişənin siyasi yolla həlli üçün tərəfləri danışıqlar masasına qayıtmağa çağırıb.

Reuters-in məlumatına görə, Si Cinpin Pekində İordaniya Kralı II Abdullah ilə görüşü zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Görüşdə əsas diqqət İsrail-Fələstin münaqişəsinin həlli yollarına yönəlib.

Çin lideri Fələstinin mümkün qədər tez müstəqil dövlət kimi yaradılmasının vacibliyini vurğulayıb. Pekinin görüşlə bağlı yaydığı rəsmi məlumatda Si Cinpinin münaqişənin siyasi həlli üçün tərəflərin danışıqlara qayıtmasını dəstəklədiyi bildirilib.

Görüşdən bir gün əvvəl Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Jian ABŞ-ın İrana dəstək verən ölkələrə qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları da tənqid edib. O bildirib ki, Pekin beynəlxalq hüquqi əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən birtərəfli məhdudiyyətləri qəbul etmir.

Digər tərəfdən, Politico Çinin dövlət başçısının ABŞ səfəri ilə bağlı planın bəzi detallarını açıqlayıb. Məlumata görə, Si Cinpin sentyabrın 22-də BMT Baş Assambleyasının iclasında iştirak etməyəcək. Onun sentyabrın 24-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcəyi gözlənilir.

Həmin dövrdə İsrail Baş naziri Binyamin Netanyahunun da BMT Baş Assambleyasının sessiyasında iştirak edəcəyi bildirilir.

Mənbə:  mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Ceyhun Məmmədov – Bu gün müsəlmanlar Mövlud gününü qeyd edir

Aynur Camal

ABŞ-da məktəb hücumlarının qarşısını almaq üçün xüsusi dronlardan istifadə edilir

Aynur Camal

Avropada muzey qarətləri təhlükəli xarakter alır: Europol xəbərdarlıq etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu