Dünya

Novosibirsk alimləri Marsdakı gələcək baza üçün robotları sınaqdan keçirir

Bugun.tv xəbər verir ki, Rusiyanın Novosibirsk Dövlət Universitetinin (NSU) mütəxəssisləri gələcəkdə Marsda yaradılması planlaşdırılan baza üçün robotların yerinə yetirə biləcəyi tapşırıqları sınaqdan keçirirlər.

Mail.ru-nun 27 avqust tarixli məlumatına görə, layihə üzərində universitetin mexanika-riyaziyyat fakültəsinin mütəxəssislərindən ibarət altı nəfərlik komanda çalışır. Hazırda alimlər təlim robotlarından istifadə edərək Mars səthində lazım ola biləcək müxtəlif əməliyyatları modelləşdirirlər. Yaxın vaxtlarda sınaqlar üçün Mars relyefini təqlid edən xüsusi meydançanın hazırlanması planlaşdırılır.

Layihənin əsas məqsədi gələcək Mars bazasının həyat təminatı proseslərinin mümkün qədər robotlar tərəfindən həyata keçirilməsidir. Tədqiqatçıların planına əsasən, maşınlar planetdə faydalı qazıntıların çıxarılması, suyun əldə edilməsi və hətta qida məhsullarının yetişdirilməsi kimi işləri görə bilər.

Alimlər gələcək bazanın Marsın kanyonlarında yerləşdirilməsini nəzərdən keçirirlər. Hesab olunur ki, burada ətraf mühitin şərtləri planetin açıq səthi ilə müqayisədə nisbətən daha əlverişli ola bilər.

Tədqiqatçılar bildirirlər ki, belə sistemlərin yaradılması insanları Marsa aparmazdan əvvəl robotların mümkün qədər çox işi yerinə yetirməsinə imkan verə bilər. Bu isə Yer kürəsindən davamlı resurs daşınmasına olan ehtiyacı azaltmaq məqsədi daşıyır.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da 15 yaşlı məktəbli qubernatorluğa namizəd olub

Aynur Camal

Rusiya: Ukraynanın hücumlarına cavab olaraq Britaniyanın hərbi obyektləri hədəf alına bilər

Aynur Camal

Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 12-yə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu