Sosial

Autizmli uşağa qarşı zorakılıq ciddi nəzarət tələbini gündəmə gətirdi

Autizmli uşağın psixoloq tərəfindən döyülməsini əks etdirən görüntülərin sosial şəbəkələrdə yayılması ciddi ictimai narazılığa səbəb olub.

Hadisə uşaqların reabilitasiya və xüsusi təhsil mərkəzlərində təhlükəsizliyinin təmin olunması məsələsini yenidən gündəmə gətirib.

Görüntülərin yayılmasından sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən xidmətlərə dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı çağırışlar səsləndirilib.

Xüsusilə autizmli uşaqların psixoloji və fiziki təhlükəsizliyinin qorunması, bu sahədə çalışan mütəxəssislərin peşəkarlığının yoxlanılması və mərkəzlərin fəaliyyətinə nəzarətin artırılması məsələsi diqqət çəkir.

Mövzu ilə bağlı Azərbaycan Autizm Assosiasiyasının və Türk Dövlətləri Autizm Federasiyasının rəhbəri Elnur Məmmədli Crossmedia.az-a açıqlamasında bildirib ki, autizmli uşağa qarşı zorakılığı əks etdirən görüntülər hər bir valideyn üçün ağırdır:

“Amma bu, təkcə bir hadisə deyil — illərdir diqqət çəkdiyimiz sistemli problemin göstəricisidir. Autizm, reabilitasiya və xüsusi təhsil mərkəzlərinə ciddi dövlət nəzarəti mütləqdir! Bütün mərkəzlər lisenziyalaşdırılmalıdır, mütəxəssislərin ixtisası və peşəkarlığı yoxlanılmalıdır, uşaqların təhlükəsizliyi üçün vahid standartlar tətbiq edilməlidir, mərkəzlərə mütəmadi dövlət nəzarəti həyata keçirilməlidir, zorakılıq və qeyri-insani davranışa qarşı ən sərt tədbirlər görülməlidir, valideynlərin şikayətləri real və operativ araşdırılmalıdır.

Söhbət sadəcə xidmət sahəsindən getmir. Söhbət uşaqlarımızın təhlükəsizliyindən, sağlamlığından və gələcəyindən gedir.

Uşaqlarımız heç kimin üzərində təcrübə obyekti deyil!

Artıq yalnız reaksiya vermək yox, konkret tədbir görmək vaxtıdır!”

Mənbə: Zeynəb Həsən/ crossmedia.AZ

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir – “715 min dollarımı vermirlər”

Elnarə Dərziyeva

Ceyhun Məmmədov: Öz qapısını süpürüb zibilləri qonşunun qapısına tökmək məharət deyil

Aynur Camal

Qazaxda əlilliyi olan uşaqlar və ailələri üçün tibbi-humanitar aksiya keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu