Bugun.tv xəbər verir ki, eşitmə qabiliyyətinin zəifləməsi həmişə yaşlanmanın nəticəsi olmur. Mütəxəssislər qulaq və digər xəstəliklərin də insanın eşitməsinə ciddi təsir göstərə biləcəyini bildirirlər.
Health Mailin məlumatına görə, eşitmə problemlərinə səbəb ola bilən xəstəliklər arasında Meniere xəstəliyi, orta qulaq iltihabı, otoskleroz, eşitmə sinirinin iltihabı və meningit də var.
Məsələn, Meniere xəstəliyi zamanı qulaqda təzyiq və maye balansının pozulması eşitmənin zəifləməsinə, qulaqda küy yaranmasına və başgicəllənməyə səbəb ola bilər. Orta qulaq iltihabı isə qulaqda yığılan maye səbəbindən səsin normal ötürülməsinə mane olur. Otoskleroz zamanı isə orta qulaqdakı kiçik sümüklərin hərəkəti məhdudlaşaraq eşitməni zəiflədə bilər.
Bəzi insanlarda eşitmə probleminin səbəbi daha sadə ola bilər. Qulaq kirinin həddindən artıq toplanması da səsin qulaq kanalından keçməsinə mane olaraq müvəqqəti eşitmə zəifliyi yarada bilər.
Mütəxəssislər eşitmənin qəfil və ya tədricən pisləşməsinin səbəbinin müəyyənləşdirilməsini vacib hesab edirlər. Çünki düzgün müalicə problemin hansı səbəbdən yarandığından asılıdır.
Mənbə: Health Mail
