Bugun.tv xəbər verir ki, ABŞ-ın Nevada ştatındakı Qara Qaya səhrasında Fransanın ən məşhur simvollarından olan Eyfel qülləsinin qeyri-adi nüsxəsi yaradılıb. “Eiffela Broken Dream” adlanan qurğu iki hissəyə bölünmüş və dağılmış Eyfel qülləsini xatırladır. Layihə “Burning Man 2026” festivalında nümayiş etdirilir.
İnqilabi görünüşlü əsərin müəllifi fransalı sahibkar, prodüser və Poupet festivalının yaradıcısı Filipp Məndrondur. Layihə festivalda iştirak üçün təqdim edilən təxminən 500 iş arasından seçilib. Qüllənin hündürlüyü 15 metr, uzunluğu isə 30 metrdir. Mənbələrdə qurğunun çəkisi 26–30 ton arasında göstərilir.

Müəllifə görə, iki yerə parçalanmış qüllə dağılmaqda olan dünyanı, lakin onun yenidən bərpa olunması ehtimalını simvolizə edir. Qüllənin iki hissəsi arasında kəndir qurulub və kəndirbaz həmin boşluqdan keçir. Bu detal dağıntı obrazını ümid və yenidən doğuluş ideyası ilə tamamlayır.
Qurğunun hazırlanmasına təxminən 300 min avro xərclənib. Əsər Fransada yığıldıqdan sonra dəniz yolu ilə ABŞ-a göndərilib və səhrada yenidən qurulub.

Mənbə: Hi-Tech Mail
