Bugun.tv xəbər verir ki, yeni smartfon, televizor və ya tozsoran seçmək üçün onlarca məhsulun xüsusiyyətlərini müqayisə etməyə ehtiyac azalır. “Yandex”in süni intellekt köməkçisi “Alisa AI” istifadəçinin tələblərinə uyğun texnika seçə, müxtəlif modelləri müqayisə edə və daha sərfəli qiymətləri tapa bilir.
Məlumata görə, 2026-cı ilin əvvəlindən alış-verişlə bağlı hər altı sorğudan təxminən biri məişət texnikası və eyni zamanda elektronika ilə bağlı olub. İstifadəçi konkret modelin adını bilmədən ehtiyacını adi sözlərlə izah edə bilər. Məsələn, heyvan saxlanılan mənzil üçün münasib robot tozsoran və ya yaxşı kameralı, münasib qiymətli smartfon istəyə bilər.
“Alisa AI” müxtəlif modellərin texniki göstəricilərini, istifadəçi rəylərini və qiymətlərini müqayisə edərək seçim üçün tövsiyələr hazırlayır. Sistem yalnız bir mağazanın məhsullarını deyil, müxtəlif onlayn mağaza və bazar platformalarındakı təklifləri də nəzərdən keçirə bilir.
“Daha ucuzu tap” funksiyası isə endirimləri nəzərə alaraq eyni məhsulun daha sərfəli qiymətə satıldığı yerləri müəyyənləşdirir. Şirkətin məlumatına görə, belə axtarış bir neçə dəqiqə ərzində həyata keçirilə bilər.
Bəzi mağazalarda bir toxunuşla alış imkanı da mövcuddur. Bununla belə, bahalı məhsul almadan əvvəl zəmanət, komplektasiya, texniki göstəricilər və son qiyməti ayrıca yoxlamaq tövsiyə olunur.
Mənbə: mail.ru
