pis xolesterin, LDL xolesterin, gen redaktəsi, CRISPR, bir iynə ilə müalicə, ANGPTL3, ürək-damar xəstəlikləri, yeni müalicə
DünyaSəhiyyə

Bir iynə ilə “pis” xolesterini iki dəfədən çox azaltmağın yolu tapıldı

Bugun.tv xəbər verir ki, alimlər gen redaktəsi texnologiyasından istifadə etməklə “pis” xolesterin kimi tanınan LDL səviyyəsini bir dəfəlik iynə ilə yarıdan çox azaltmağa nail olublar. Araşdırmanın nəticələri New England Journal of Medicine jurnalında dərc olunub.

Yeni üsul CRISPR gen redaktəsi texnologiyasına əsaslanır. Alimlər qaraciyərdə ANGPTL3 zülalının yaranmasını azaltmaq üçün bu geni hədəfə alıblar. Tədqiqatçılar bildirirlər ki, doğuşdan belə genetik xüsusiyyətə malik insanlarda xolesterinin səviyyəsi daha aşağı, ürək-damar xəstəlikləri riski isə daha az olur.

İlk klinik sınaqda 15 könüllü iştirak edib, onlardan 14-ü müşahidəni tam başa vurub. Ən yüksək dozanı alan iştirakçılarda LDL xolesterinin səviyyəsi orta hesabla 52,5 faiz, ANGPTL3 zülalının yaranması 78,6 faiz, trigliseridlərin səviyyəsi isə 48,8 faiz azalıb. Bu təsir 12 aylıq müşahidə müddətində qorunub.

Bununla belə, alimlər nəticələrin hələ ilkin mərhələdə olduğunu vurğulayırlar. Tədqiqatda iştirakçıların sayının çox az olması səbəbindən metodun uzunmüddətli təhlükəsizliyi və mümkün yan təsirləri üçün daha geniş sınaqlar tələb olunur.

Mənbə: Health Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Yamayka Kral III Çarlza köləliyə görə təzminatla bağlı müraciət edəcək

Aynur Camal

“İqtisadiyyatımız türk turistlər sayəsində inkişaf edir”

Aynur Camal

İndoneziyanı kül bürüdü: Anak-Krakatau vulkanı püskürdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu