28 C
Baku
15 Sentyabr 2026, 18:10
Vüqar Bayramov, Xankəndi günü, Xocalı günü, Xocavənd günü, Ağdərə günü, Böyük Qayıdış, Qarabağ, məcburi köçkünlər
Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə məskunlaşma sürətlə davam edir

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında sentyabrın 20-də qeyd olunan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günləri ilə bağlı paylaşım edib.

Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi qeyd olunur.

Deputatın sözlərinə görə, uzun müddət işğal altında qalan bu ərazilər hazırda inkişaf mərhələsinə qədəm qoyub və Böyük Qayıdış çərçivəsində məskunlaşma prosesi davam edir. O qeyd edib ki, hazırda işğaldan azad olunan ərazilərdə 9858 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb.

Bayramovun paylaşdığı məlumatda Ağdərə rayonunda 965 ailənin, ümumilikdə 3763 keçmiş məcburi köçkünün yaşadığı bildirilir. Xankəndi şəhərində 542, Kərkicahan qəsəbəsində 210 nəfərin məskunlaşdığı qeyd olunur.

Deputat Xocalı və Xocavənd üzrə göstəricilərə də diqqət çəkib. Onun sözlərinə görə, Xocalı rayonunda 4993 nəfər, o cümlədən Ballıca kəndində 1096, Xocalı şəhərində isə 651 nəfər məskunlaşıb. Xocavənd rayonuna 4265 keçmiş məcburi köçkün qayıdıb. Xocavənd şəhərində 1706, Qırmızı bazar qəsəbəsində isə 951 nəfərin yaşadığı bildirilib.

Vüqar Bayramov vurğulayıb ki, yalnız 2026-cı ilin ilk 8 ayında işğaldan azad edilmiş ərazilərə 3350 ailə, yəni 13 778 nəfər köçürülüb. Onun fikrincə, bu göstəricilər Böyük Qayıdış prosesinin intensiv şəkildə davam etdiyini göstərir.

Deputat qeyd edib ki, vaxtilə işğal nəticəsində dağıdılan Qarabağ hazırda bərpa və inkişaf mərhələsini yaşayır və regionun əsas inkişaf mərkəzlərindən birinə çevrilir.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Suriyadakı etirazların arxasında müəyyən mərkəzlərin olması istisna deyil”

Aynur Camal

M. Həsənli: “Sahibkar ən azı dörd gününü ayrı-ayrı dövlət qurumlarının yaratdığı əsassız problemləri həll etməyə sərf edir”

Aynur Camal

Azərbaycanda Bilik Günüdür: yeni tədris ilində 2,2 milyon nəfər təhsil alacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu