Odysseia, Homer, qədim əlyazma, arxeoloji tapıntı, Utrext Universiteti, Mark de Kreij, qədim yunan dili, Misir
Dünya

1700 illik “Odysseia” parçası kitabxana kolleksiyasında tapıldı

Bugun.tv xəbər verir ki, Niderlandda yerləşən Utrext Universitetinin kitabxana kolleksiyasında Homerin məşhur “Odysseia” dastanının təxminən 1700 il əvvələ aid nadir fraqmenti aşkarlanıb.

Radboud Universitetinin tədqiqatçısı Mark de Kreij qədim əlyazmaları araşdırarkən oyun kartı ölçüsündə kiçik bir perqament parçasına rast gəlib. Qədim yunan dili üzrə mütəxəssis olan De Kreij üzərindəki yazılardan parçanın “Odysseia”ya aid olduğunu müəyyənləşdirib.

Alimlərin fikrincə, fraqment eramızın III və ya IV əsrində Misirin Fəyyum bölgəsində hazırlanmış kiçik ölçülü “Odysseia” nüsxəsindən qalıb. Dünyada həmin dövrə aid cəmi 30-a yaxın oxşar fraqmentin məlum olduğu bildirilir.

Parçada dastanın XII kitabından bir hissə yer alır. Burada Odisseyin yoldaşlarının günəş tanrısı Heliosun müqəddəs mal-qarasını kəsməsi və yeməsi təsvir olunur. Hadisədən sonra Zevs güclü fırtına göndərir və Odisseyin bütün yoldaşları həlak olur.

Tədqiqatçılar hesab edirlər ki, parçanın kitabın orta hissəsindən qalması onun uzun müddət qorunmasına kömək edib.

Mənbə:  Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Güclü yağış Uffizi qalereyasına sızdı: Karavacconun əsəri zədə təhlükəsi yaşadı

Aynur Camal

İran İsveç diplomatına ölkəni tərk etmək üçün 48 saat vaxt verdi

Aynur Camal

Əsəd rejiminin keçmiş həbsxana rəhbərinə ABŞ-da 60 il həbs cəzası verilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu