Sinqapur, Waymo, sürücüsüz taksi, avtonom avtomobil, Jaguar I-PACE, nəqliyyat, robotaksi, Cənub-Şərqi Asiya
Maraqlı faktlar

Sürücüsüz taksilər 2028-ci ildə fəaliyyətə başlayacaq

Bugun.tv xəbər verir ki, ABŞ-ın Waymo şirkəti 2028-ci ildən Sinqapurda sürücüsüz taksi xidmətinə başlamağı planlaşdırır. Bu, şirkətin Cənub-Şərqi Asiya bazarına ilk girişi olacaq.

The Straits Times-ın məlumatına görə, Waymo ilk avtomobillərini yaxın aylarda Sinqapur yollarına çıxaracaq. İlkin parkda Jaguar I-PACE markalı avtomobillərdən istifadə ediləcək. Şirkət avtomobillərin dəqiq sayını açıqlamayıb.

İlk mərhələdə avtomobillər yerli yollar və hava şəraiti ilə bağlı məlumat toplamaq və sistemləri bu şəraitə uyğunlaşdırmaq məqsədilə xüsusi təlim keçmiş mütəxəssislər tərəfindən idarə olunacaq. Bu əməkdaşlar və digər xidmətlər üçün personal Sinqapurdan işə götürüləcək.

Waymo bildirir ki, şirkətin ABŞ-dakı xidmətlərindən istifadə edən sərnişinlərin bir hissəsi avtomobilləri ictimai nəqliyyata gedib-gəlmək üçün seçir. Şirkət Sinqapurda da yaşayış və biznes əraziləri arasında nəqliyyat əlaqəsini asanlaşdırmağı hədəfləyir.

Waymo hazırda ABŞ-ın 15 şəhərində fəaliyyət göstərir. Şirkətin Asiyada ilk kommersiya xidmətinə 2027-ci ildə Yaponiyanın Tokio şəhərində başlaması planlaşdırılır.

Mənbə:  StraitsTimes

Aynur Camal

Oxşar xəbərlər

Qara dəliklər ulduzları udduqdan sonra geri püskürdür

Aynur Camal

Okeanın dibinə plastikdən süni dəniz otu yerləşdirdilər: Nəticə təəccübləndirdi

Aynur Camal

Bu parkda torpaq qazanlar almaz tapır: İlin əvvəlindən 214 daş aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu