Bugun.tv xəbər verir ki, Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri Avropa banklarının ABŞ-dakı iri banklarla daha effektiv rəqabət aparması üçün onların miqyasının böyüdülməsinin və kapital bazarlarının dərinləşdirilməsinin vacib olduğunu bildiriblər.
Reuters-in məlumatına görə, Aİ maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Dublində Avropa Komissiyasının hazırladığı hesabatı müzakirə ediblər.
Hesabatda bankların birləşmələrinə siyasi müdaxilənin azaldılması və Aİ daxilində sərhədlərarası bank fəaliyyətinə maneələrin aradan qaldırılması təklif olunur.
Avropa Mərkəzi Bankının vitse-prezidenti Boris Vuyçiç Reuters-ə bildirib ki, Avropa bankları likvidlik, kapitallaşma, gəlirlilik və səmərəlilik baxımından güclü mövqedədir. Bununla belə, ticarət və digər maliyyə xidmətləri sahəsində ABŞ banklarından geri qalırlar.
Reuters qeyd edir ki, Avropanın maliyyə bazarının parçalanmış strukturu bankların böyüməsini çətinləşdirən amillərdən biri olaraq qalır.
Mənbə: Reuters
