Donald Tramp, BMT Baş Assambleyası, İran müharibəsi, ABŞ, İran, Hörmüz boğazı, Qrenlandiya, beynəlxalq münasibətlər
Dünya

Tramp BMT-də İran müharibəsi ilə bağlı qərar qarşısında olduğunu bildirdi

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı İranla müharibənin davam etdirilməsi və diplomatik razılaşma arasında seçim etməli olduğunu bildirib.

Associated Press yazır ki, Tramp çıxışında ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının səbəblərini müdafiə edib. O, eyni zamanda İranın danışıqlar masasına qayıtmasını və Hörmüz boğazını yenidən açmasını tələb edib.

ABŞ Prezidenti İranla bağlı “böyük qərar” verməli olduğunu deyib və mümkün razılaşmadan danışıb. Tramp çıxışında həmçinin ABŞ-ın Qrenlandiyada hərbi iştirakını genişləndirən yeni təhlükəsizlik razılaşmasına toxunub.

AP-nin məlumatına görə, Trampın çıxışından sonra Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Jens-Frederik Nielsen ilə birlikdə yeni təhlükəsizlik sazişinin imzalanması gözlənilib və daha sonra saziş imzalanıb.

Trampın BMT çıxışı İran müharibəsinin, enerji təhlükəsizliyinin və beynəlxalq münasibətlərin Baş Assambleyanın əsas müzakirə mövzularından birinə çevrildiyi vaxt baş tutub.

Mənbə: ApNews

Aynur Camal

Oxşar xəbərlər

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul etdi

Aynur Camal

AB qarşıdakı 10 ildə 50 min peykin buraxılacağını gözləyir

Aynur Camal

Britaniya Rusiyanın NATO-ya hücum planı barədə məlumatı olmadığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu