mpox, meymun çiçəyi, PCR testi, yanlış diaqnoz, Konqo Demokratik Respublikası, virus, yoluxucu xəstəlik, tibbi araşdırma
Dünya

Mpox testlərinin 35 faizi yanlış müsbət nəticə verə bilər

Bugun.tv xəbər verir ki, Konqo Demokratik Respublikasında aparılan yeni araşdırma mpox üçün aparılan bəzi PCR testlərinin nəticələrində ciddi yanlışlıqlar ola biləcəyini göstərib.

Medical Xpress-in məlumatına görə, Cenevrə Universiteti, Antverpen Tropik Tibb İnstitutu və Konqonun Milli Biotibbi Araşdırmalar İnstitutunun alimləri 2024-cü ilin aprelindən 2026-cı ilin aprelinədək dörd şəhərdə 2700-dən çox PCR nəticəsini araşdırıblar.

Tədqiqatçılar laboratoriya nəticələrinin təxminən 35 faizində virusun həqiqi infeksiya əvəzinə mühitdə qalmış virus DNT-sinin izləri səbəbindən yanlış müsbət nəticə verə biləcəyini müəyyənləşdiriblər.

Alimlər iki tibbi mərkəzdə səthlərdən nümunələr götürüb və müalicə bölmələrində bir sıra səthlərdə mpox virusunun izlərini aşkarlayıblar. Onların fikrincə, bu çirklənmə nümunələrin götürülməsi zamanı yanlış nəticələrə səbəb ola bilər.

Araşdırma müəllifləri yanlış diaqnozların xəstələrin təcrid olunmasına, lazımsız müalicəyə və digər ictimai sağlamlıq tədbirlərinə səbəb ola biləcəyini bildirirlər. Onlar PCR testlərinin qiymətləndirilməsi və laboratoriya işçilərinin hazırlığının yaxşılaşdırılmasını vacib hesab edirlər.

Mənbə: MedicalXpress

Aynur Camal

Oxşar xəbərlər

Balıq tutulsun deyə dağ göllərinə milyonlarla balıq buraxıldı, ekosistem böhranı yarandı

Aynur Camal

Makron BMT-də Qəzzadakı vəziyyəti tənqid etdi: “Hamımız üçün utancvericidir”

Aynur Camal

Avropa kəşfiyyatından Rusiyanın mümkün təxribatları ilə bağlı xəbərdarlıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu