24 C
Baku
22 Sentyabr 2026, 23:43
Olimpiк Milli Parkı, dağ gölləri, balıqlandırma, ekosistem, amfibiyalar, salamandr, iqlim dəyişikliyi, ətraf mühit
Dünya

Balıq tutulsun deyə dağ göllərinə milyonlarla balıq buraxıldı, ekosistem böhranı yarandı

Bugun.tv xəbər verir ki, təxminən bir əsr əvvəl ABŞ-dakı Olimpik Milli Parkının yüksək dağ göllərində balıqçılığı inkişaf etdirmək məqsədilə milyonlarla balıq su hövzələrinə buraxılıb. Bu addımın bölgənin təbii ekosisteminə ciddi zərər vurduğu üzə çıxıb.

1930-cu illərdən başlayaraq təbii olaraq heç bir balıq növünün yaşamadığı yüksək dağ göllərinə 1,6 milyondan çox balıq daşınıb. Balıqların bir hissəsi atların belində vedrələrlə, digərləri isə təyyarələrdən göllərə buraxılıb. Bəzi göllər isə 18 dəfəyə qədər balıqlandırılıb.

İnsan müdaxiləsi nəticəsində təcrid olunmuş sularda yaşayan yerli amfibiya növləri, o cümlədən salamandr və qurbağalar yeni yırtıcılarla üzləşib.

Tədqiqatçılar 117 ucqar dağ gölündə apardıqları araşdırmada ətraf mühitin DNT-si (eDNA) vasitəsilə vəziyyəti qiymətləndiriblər. Su nümunələrinin təhlili zamanı göllərin təxminən yarısında sonradan gətirilən balıqların izləri aşkarlanıb.

Balıqların yayılması uzunbarmaqlı salamandrlar və digər su salamandrlarının sayının azalmasına səbəb olub. Bəzi qurbağalar isə balıqlardan yayınmaq üçün göllərin ətrafındakı kiçik və müvəqqəti su hövzələrinə sığınıb.

Lakin alimlər bildirirlər ki, indi iqlim dəyişikliyi də vəziyyəti ağırlaşdırır. Qar örtüyünün azalması və müvəqqəti su hövzələrinin quruması amfibiyaların sığınacaq imkanlarını daha da məhdudlaşdırır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Makron BMT-də Qəzzadakı vəziyyəti tənqid etdi: “Hamımız üçün utancvericidir”

Aynur Camal

Avropa kəşfiyyatından Rusiyanın mümkün təxribatları ilə bağlı xəbərdarlıq

Aynur Camal

Aİ Rusiyaya qarşı sanksiyaları 3 il uzadır, iki milyarder siyahıdan çıxarılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu