Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə çağırdığı bildirilir.
TASS-ın Bloomberg-ə istinadən yaydığı məlumata görə, Tramp bu təklifi Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Zelenski ilə keçirdiyi görüş zamanı irəli sürüb.
Mənbələrin bildirdiyinə görə, Tramp əvvəlki imtinalara baxmayaraq, bu həftə Zelenskini Putinlə görüşmək üçün Moskvaya səfər etməyə yenidən təşviq edib.
Bloomberg-in mənbələri Zelenskinin bu təklifi qəbul etmədiyini və Trampın məsələni gündəmə gətirməsindən narazı qaldığını bildiriblər.
Məlumata görə, təklif Rusiya-Ukrayna müharibəsinin dayandırılması məqsədilə tərəflər arasında birbaşa danışıqların mümkünlüyü kontekstində irəli sürülüb.
Mənbə: TASS
