Bugun.tv xəbər verir ki, alimlər Kanadanın Salish dənizində əvvəllər elmə məlum olmayan iki dəniz hörümçəyi növü aşkarlayıblar.
ScienceDaily-nin məlumatına görə, Britaniya Kolumbiyası Universitetinin alimləri yeni növləri araşdırarkən onların fiziki xüsusiyyətlərini və genetik göstəricilərini təhlil ediblər.
Yeni növlərdən birinin tüklü ayaqları və qırmızı gözləri olduğu bildirilib. Digər növ isə bədəninin üzərində çoxsaylı xırda parazitlərlə müşahidə olunub.
Tədqiqatçılar bu canlıların aşkarlanmasının bölgənin dəniz canlılarının müxtəlifliyinin daha yaxşı öyrənilməsinə kömək etdiyini bildirirlər. Alimlərin fikrincə, Salish dənizində hələ elmə məlum olmayan başqa növlərin də olması mümkündür.
Araşdırmanın nəticələri “Organisms Diversity & Evolution” jurnalında dərc olunub.
Mənbə: ScienceDaily
