26 C
Baku
27 Sentyabr 2026, 15:35
Sosial

27 Sentyabr – Anım Günü Ucar rayonunda qeyd olundu

Bugun.tv xəbər verir ki, bu gün, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Ucar rayonunda Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

Anım tədbirində şəhid ailələri və qazilər, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, təhsil işçiləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ucar rayon Şəhidlər Xiyabanında Vətən şəhidlərinin məzarları ziyarət olunub. Şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, ruhlarına dualar oxunub və onların əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra rayon Mədəniyyət Sarayının qarşısında Şəhidlər Abidəsi və Hərbi-Vətənpərvərlik Kompleksinin açılış mərasimi keçirilib.

 

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov abidə önünə qərənfillər düzüb. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışlarda şəhidlərin Vətən qarşısındakı misilsiz xidmətlərindən, onların qəhrəmanlığından və göstərdikləri şücaətin gələcək nəsillər üçün örnək olmasından danışılıb.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, şəhid ailələri və rayon ziyalıları çıxış edərək Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim yaşadılmasının hər birimizin mənəvi borcu olduğunu vurğulayıblar.

Məktəblilərin təqdim etdiyi vətənpərvər ruhlu şeirlər tədbirə xüsusi duyğusal ovqat qatıb.

Sonda Vətən uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidlər ölmür. Onlar Vətənin yaddaşında, xalqın qəlbində və gələcək nəsillərin xatirəsində əbədi yaşayırlar.

Bugun.tv-nin müxbiri Səbinə Mirzəqızı

Bugün TV

Oxşar xəbərlər

Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək

Aynur Camal

TTKF ilə “Loqos” arasında əməkdaşlıq memorandumu imzalandı

Aynur Camal

Üzü daha gənc göstərən eynək çərçivələri açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu